📢 Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi Üzvlük Proqramı çərçivəsində kimya mühəndisliyi üzrə 29 noyabr tarixində keçirilən “Industrial Water Treatment” adlı təlim uğurla başa çatdı.
Təlim mühəndis Anar Ömərov tərəfindən təqdim olundu və iştirakçılara sənaye su təmizləmə proseslərinin prinsipləri, müxtəlif su müalicə texnologiyaları, prosesin optimizasiyası və real sənaye tətbiqlərində suyun keyfiyyətinin idarə olunması barədə həm nəzəri, həm də praktiki biliklər təqdim edildi.
📍 Təlimin əsas mövzuları:
🔹 Sənaye suyunun keyfiyyət göstəriciləri və çirkləndirici maddələr
🔹 Fiziki, kimyəvi və bioloji su təmizləmə metodları
🔹 Filtrasiya, koaqulyasiya, flokulyasiya və membran texnologiyaları
🔹 Avadanlıqların dizayn prinsipləri və prosesin optimizasiyası
🔹 Simulyasiya və proses nəzarəti vasitəsilə risklərin azaldılması
Təlim zamanı iştirakçıların sualları cavablandırıldı və Industrial Water Treatment texnologiyalarının sənaye tətbiqi nümayiş olundu.
Bu dəyərli və peşəkar təlim üçün mühəndis Anar Ömərov’a təşəkkür edirik!
Elanlardan daha aktiv xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙
December 02, 2025 - Paylaşdı: Admin