📢 Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi Üzvlük proqramı çərçivəsində Mexanika, İnşaat, Qida və Ekologiya mühəndisliyi üzrə “Təqdimat Bacarıqları” adlı seminar uğurla başa çatdı!
Seminar Aida Aydının təqdimatında keçirildi və iştirakçılar təqdimat bacarıqları, düzgün özünü ifadə qaydaları,danışıqda edilən səhvlər haqqında geniş məlumat əldə etdilər.
📍Seminarın əsas mövzuları:
* Təqdimat Bacarıqlarının inkişafı
* Danışıqda etdiyimiz səhvlər
* Bədən dilinin vacibliyi
* Ağız tənbəlliyi problemi
* Söz ehtiyatımız və səlis danışıq haqqında
* Özünü doğru təqdim etmək
Seminar zamanı iştirakçılarla birlikdə müzakirələr aparıldı və praktiki biliklər möhkəmləndirildi.
Bu faydalı və dəyərli seminar üçün Aida Aydına təşəkkür edirik! 💙
Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!


November 25, 2025 - Paylaşdı: Admin