[email protected] +994 99 303 07 01
January 03, 2026 - Paylaşdı: Admin

Mexanika mühəndisliyi üzrə “Siyirtmə və klapan” mövzusunda seminar uğurla başa çatdı!

📢Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi Üzvlük Proqramı çərçivəsində Mexanika mühəndisliyi üzrə “Siyirtmə və klapan” mövzusunda seminar uğurla başa çatdı!

Seminar Daşqın Piriyevin təqdimatında baş tutdu. Təlim çərçivəsində iştirakçılar siyirtmə və klapan sistemlərinin istehsalat mühitində tətbiqi, istismar xüsusiyyətləri və texniki xidmət prosesləri ilə bağlı geniş və praktik biliklər əldə etdilər.

📍Seminarın əsas mövzuları:

• Siyirtmə və klapan sistemlərində texniki nasazlıqların aşkarlanması və aradan qaldırılması

• Təmir və bərpa prosesləri

• Uyğun ehtiyat hissələrinin seçilmə üsulları

• Siyirtmə və Klapanlar barədə nəzəri biliklər

Seminar zamanı iştirakçılarla interaktiv müzakirələr aparıldı, real nümunələr üzərindən praktiki biliklər möhkəmləndirildi.

Bu faydalı və dəyərli təlim üçün Daşqın Piriyevə təşəkkür edirik.💙

📌 Gələcək təlim və seminarlarımızdan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp / Telegram qruplarımıza qoşulmağı unutmayın!