[email protected] +994 99 303 07 01
November 08, 2025 - Paylaşdı: Admin

Neft-qaz mühəndisliyi üzrə “Drilling Engineering: Practical Calculations” adlı təlim uğurla başa çatdı!

📣 Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi Üzvlük Proqramı çərçivəsində Neft-qaz mühəndisliyi üzrə “Drilling Engineering: Practical Calculations” adlı təlim uğurla başa çatdı!

Təlim Rüfət Hacıəliyev tərəfindən təqdim olundu və iştirakçılara qazma mühəndisliyində tətbiq olunan əsas hesablama üsulları, onların prinsipləri və praktik tətbiqləri haqqında geniş biliklər qazandırıldı.

📍 Təlimin əsas mövzuları:
🔹 Qazma mühəndisliyinin əsas anlayışları və tətbiq sahələri
🔹 Qazma mayelərinin xüsusiyyətləri və hidravlik hesablama prinsipləri
🔹 Qazma zamanı təzyiq, sıxlıq və dövriyyə sistemlərinə dair praktik hesablamalar
🔹 Qazma borularının gərginlik və moment analizləri
🔹 Beynəlxalq standartlara uyğun praktiki yanaşmalar və real nümunələr üzərində tətbiqlər

Təlim zamanı iştirakçılarla interaktiv müzakirələr aparıldı və nəzəri biliklər praktiki tapşırıqlarla möhkəmləndirildi.

Bu dəyərli və peşəkar təqdimat üçün Rüfət Hacıəliyevə təşəkkür edirik! 💙

Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 🚀