[email protected] +994 99 303 07 01
January 03, 2026 - Paylaşdı: Admin

Neft-qaz mühəndisliyi üzrə keçirilən “Dəniz şəraitində neft-qaz quyularının istismarı” mövzusunda seminar uğurla baş tutdu!

📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən Neft-qaz mühəndisliyi üzrə keçirilən “Dəniz şəraitində neft-qaz quyularının istismarı” mövzusunda seminar uğurla baş tutdu!

Seminar təlimçi İmaməddin Kərimovun təqdimatında keçirildi və iştirakçılara dəniz platformalarında quyuların istismarı prosesləri, təhlükəsizlik prinsipləri, istehsalatın idarə olunması və sahə əməliyyatları barədə ətraflı məlumat verildi.

📍 Seminarın əsas mövzuları:

🔹 Dəniz şəraitində quyuların istismarı prinsipləri
🔹 Təhlükəsizlik tələbləri və risklərin idarə olunması
🔹 İstehsalatın idarə olunması və əməliyyatların təşkil edilməsi
🔹 Sahə əməliyyatları və real praktiki nümunələr
🔹 Müasir dəniz texnologiyaları və tətbiq sahələri

Seminar müddətində iştirakçılar real sahə təcrübələri, çətinliklər və dəniz mühitində tətbiq olunan müasir mühəndislik yanaşmaları ilə tanış oldular.

Bu dəyərli və faydalı seminar üçün İmaməddin Kərimova təşəkkür edirik!

Yeni elanlardan xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙