📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən Qida mühəndisliyi üzvləri üçün N1 Çörək Zavoduna texniki gəzinti təşkil olundu.
Texniki gəzinti müəssisəyə giriş zamanı tətbiq edilən sanitar-gigiyenik tələblərin izahı ilə başlamış, dezinfeksiya, əl gigiyenası və istehsal sahəsinə daxil olma qaydaları praktik şəkildə nümayiş etdirilmişdir.
Daha sonra iştirakçılar zavodun istehsal sahəsi ilə tanış olmuş, çörək istehsalının əsas mərhələləri — xammalın hazırlanması, xəmirin yoğrulması, formalaşdırılması, bişirilməsi, soyudulması və qablaşdırılması ardıcıllıqla təqdim edilmişdir. Texnoloji proseslər və avadanlıqların iş prinsipləri müəssisə mütəxəssisləri tərəfindən izah olunmuşdur.
Gəzinti zamanı keyfiyyətə nəzarət, laboratoriya müayinələri və qida təhlükəsizliyi standartlarının tətbiqi barədə məlumat verilmiş, sonda isə sual-cavab formatında iştirakçıların sualları cavablandırılmışdır.
N1 Çörək Zavodunun rəhbərliyinə göstərdikləri əməkdaşlıq və qonaqpərvərlik üçün təşəkkürümüzü bildiririk.
Elanlardan xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp / Telegram qruplarımıza qoşulmağı unutmayın💙



January 03, 2026 - Paylaşdı: Admin