[email protected] +994 99 303 07 01
November 20, 2025 - Paylaşdı: Admin

Qida mühəndisliyi üzvləri üçün Xonca Fabrikində texniki gəzinti təşkil olundu!

📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən Qida mühəndisliyi üzvləri üçün Xonca Fabrikində texniki gəzinti təşkil olundu!

Gəzinti əvvəlcə tələbələr üçün keçirilən SƏTƏM və Keyfiyyət təlimləri ilə başlayıb. SƏTƏM təlimində istehsalatda təhlükəsizlik qaydaları, şəxsi qoruyucu vasitələrin düzgün istifadəsi və iş mühitində davranış prinsipləri izah edilib. Ardınca keçirilən Keyfiyyət təlimində isə qida təhlükəsizliyi standartları, keyfiyyətə nəzarət prosedurları və laboratoriya prosesləri haqqında ətraflı məlumat verilib

Təlimlərdən sonra tələbələr üçün xoş atmosferdə çay süfrəsi təşkil olunub. Burada onlar istirahət edib, müəssisə əməkdaşları ilə söhbətləşərək suallarını ünvanlamaq imkanı qazanıblar.

Daha sonra tələbələr müəssisə ilə tanışlıq mərhələsinə keçiblər. Onlara istehsal xətti, texnoloji proseslər, avadanlıqlar, qablaşdırma sahəsi və sanitar-gigiyena qaydalarının tətbiqi əyani şəkildə nümayiş etdirilib.

Gəzintinin təşkilinə verdikləri dəstək və göstərdikləri qonaqpərvərlik üçün Xonca Fabrikinin rəhbərliyinə təşəkkür edirik.

Elanlardan xəbərdar olmaq üçün səhifəmizi izləməyi və
WhatsApp / Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙