[email protected] +994 99 303 07 01
January 25, 2026 - Paylaşdı: Admin

SƏTƏMM üzrə “Risk Management in Mechanical Processing” adlı ONLINE Webinar uğurla başa çatdı!

📢 Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi Üzvlük Proqramı çərçivəsində SƏTƏMM üzrə “Risk Management in Mechanical Processing” adlı ONLINE Webinar uğurla başa çatdı!


Webinar təlimçilər İlqar Abbasov və Təbriz Nərimanlının təqdimatında baş tutdu. İştirakçılara istehsalat mühitində emal prosesləri zamanı yaranan mexaniki və kimyəvi risklər, bu risklərin insan sağlamlığına və iş mühitinə təsirləri, eləcə də onların idarə olunması mexanizmləri ətraflı şəkildə izah edildi.


📍 Webinarın əsas mövzuları:

🔷 Mexaniki emal proseslərinə ümumi baxış

🔷 Mexaniki nasazlıqlar və saxlanılmış enerjinin yaratdığı risklər

🔷 Metal emalı mayelərinin (MWF) tərkibi, soyutma funksiyaları və sağlamlığa təsirləri

🔷 Zərərli maddələrin yaranma mənbələri, onların orqanizmə daxil olma yolları

🔷 Mikrobioloji çirklənmə, allergik reaksiyalar və dəri zədələnmələrinin qarşısının alınması

🔷 Risklərin qiymətləndirilməsi mərhələləri, nəzarət iyerarxiyası və LOTO sisteminin tətbiqi

🔷 Fərdi mühafizə vasitələrinin (PPE) seçimi, qəza hallarında davranış qaydaları

🔷 Təhlükəli tullantıların düzgün utilizasiyası və ətraf mühit risklərin idarə olunması


Webinar zamanı iştirakçılar mexaniki istehsal proseslərində təhlükələrin vaxtında müəyyən edilməsi, risklərin sistemli şəkildə qiymətləndirilməsi, işçi sağlamlığının qorunması və təhlükəsiz iş mühitinin təmin olunması ilə bağlı normativ biliklər əldə etdilər.


Bu faydalı və məlumatlandırıcı online webinar üçün təlimçilər İlqar Abbasov və Təbriz Nərimanlıya, əməkdaşlıq üçün Sicher-X GmbH şirkətinə təşəkkür edirik!💙


Yeni elanlardan xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!