📢 Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi Üzvlük proqramı çərçivəsində SƏTƏMM üzrə “Sağlamlıq üçün təhlükəli maddələrə nəzarət” adlı seminar uğurla başa çatdı!
Seminar təlimçi Rasif Rasimlinin təqdimatında baş tutdu və iştirakçılara kimyəvi maddələrin təhlükə dərəcələri, GHS piktogramları, risk qiymətləndirilməsi, təhlükəsizlik tədbirləri və təhlükəli maddələrlə işləmə qaydaları haqqında geniş və praktik məlumatlar verildi.
📍 Seminarın əsas mövzuları:
🔷 Sağlamlıq üçün təhlükəli maddələrin növləri və təsnifatı
🔷 GHS təhlükə piktogramlarının izahı
🔷 Kimyəvi maddələrin identifikasiyası və MSDS (MTMV) sənədləri
🔷 Risklərin qiymətləndirilməsi və təhlükə dərəcələrinin müəyyən edilməsi
🔷 Fərdi mühafizə vasitələrinin seçilməsi və tətbiqi
🔷 Təhlükəli maddələrin saxlanma qaydaları
🔷 Real hadisələr üzrə təhlillər və praktik nümunələr
Seminar zamanı iştirakçılar kimyəvi maddələrin təhlükəsizlik standartlarına uyğun şəkildə idarə olunması, risklərin azaldılması strategiyaları və beynəlxalq tələblərə əsasən təhlükəli maddələrlə iş prosedurlarını dərindən öyrəndilər.
Bu faydalı və məlumatlandırıcı seminar üçün təlimçi Rasif Rasimliyə təşəkkür edirik!
Yeni elanlardan xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙



November 25, 2025 - Paylaşdı: Admin