[email protected] +994 99 303 07 01
November 25, 2025 - Paylaşdı: Admin

SƏTƏMM üzrə 22 və 23 Noyabr tarixlərində keçirilən “Ətraf mühitin mühafizəsi üzrə qanunvericilik və uyğunluq”təlimi başa çatdı.

📢 Azərbaycan Mühəndsilər Birliyinin təşkil etdiyi  Üzvlük Proqramı çərçivəsində SƏTƏMM üzrə  22 və 23 Noyabr tarixlərində keçirilən “Ətraf mühitin mühafizəsi üzrə qanunvericilik və uyğunluq”təlimi başa çatdı.


Təlim mühəndis Əbülfəs Allahverdiyev təqdimatında keçirildi və iştirakçılara həm nəzəri, həm də praktiki biliklər qazandırıldı.


📍 Təlimin əsas mövzuları:

🔹 Ekoloji qanunvericilik

🔹 Ətraf-mühitə təsirin qiymətləndirilməsi haqqında qanun

🔹 Ekoloji monitoring işləri

🔹 Audit zamanı baxılan əsas məsələlər

🔹 Uyğunluğun isbatı üçün əsas komponentlər

🔹 Qanunvericilikdə tələb olunan sənədlər

🔹Ətraf-mühit qanunlarına əməl etməməyin nəticələri


Təlim zamanı iştirakçıların sualları cavablandırıldı, real istehsalat nümunələri üzərində müzakirələr aparıldı və praktiki biliklər möhkəmləndirildi.


Bu faydalı və dəyərli təlim üçün mühəndis Əbülfəs Allahverdiyevə təşəkkür edirik!


Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙