[email protected] +994 99 303 07 01
January 03, 2026 - Paylaşdı: Admin

Trip & Learn at Baker Hughes texniki gəzintisi uğurla başa çatdı!

📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən təşkil olunan Trip & Learn at Baker Hughes texniki gəzintisi uğurla başa çatdı!

Gəzinti Baker Hughes şirkətinin ümumi fəaliyyət istiqamətləri, texnoloji proseslər və təhlükəsizlik qaydaları ilə tanışlıqla başladı. Daha sonra iştirakçılar istehsalat sahələrini ziyarət edərək istifadə olunan avadanlıqlar, tətbiq olunan texnologiyalar və əməliyyat mərhələləri barədə ətraflı məlumat əldə etdilər. Texniki izahlar zamanı real istehsalat mühiti və proseslərin praktik tətbiqi əyani şəkildə nümayiş olundu.

Sonda iştirakçılar mütəxəssislərlə sual-cavab zamanı keçirərək texnoloji proseslər və sənaye təcrübəsi ilə bağlı maraqlandıran bütün suallara ətraflı cavab alma imkanı əldə etdilər.

Baker Hughes şirkətinin rəhbərliyinə göstərdikləri dəstək və qonaqpərvərlik üçün təşəkkür edirik.

Elanlardan xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙