ATMOSFERİN ÇİRKLƏNMƏSİ
Yer atmosferinin çirklənməsi-təbii proseslər və insan fəaliyyətinin nəticəsində atmosferə yeni maddələrin qatilmasi, ya da onun təbii durumunun dəyişilməsidir. Atmosfer 2 yolla çirklənir: Təbii çirklənmə və Antropogen çirklənmə
Atmosferin təbii çirklənmə mənbələri:
Vulkan püskürmələri, Bataqlıqlar, meşə yanğinları, toz tufanları, suxurların külək ilə dagilması prosesləri və s. Atmosferin təbii çirklənmə mənbələri adətən faciəvi xarakter daşıyır. Vulkan püskürmələri- zamanı atmosferə çox boyuk miqdarda qazlar, su buxarları, bərk hissəciklər ,kül və tozlar atılır.Tozlu fırtınalar-güclü küləklərin təsiri ilə yer saəthindən qaldırılmış ən xırda hissəciklərin aparılması ilə əlaqədar meydana gəlir.Güclü küləklər qasırga və tufanlar-dağ suxurlarının iri qırıntılarını da havaya qaldırırlar lakin onlar havada uzun müddət saxlana bilmirlər. Güclü fırtınalar zamanı atmosfer havasinsa 50 mln tona qədər toz hissəcikləri də qalxır. Tozlu fırtınaların əsas səbəbi quraqlıqlar və isti küləklər olur. Onlara intensiv şumlanma, mal- qara otarılması, meşə və kolluqların məhdudlaşdırılması da səbəb olur. Tozlu tufanlar ən çox düzəngah ,yarımdüzəngah və səhralar olan rayonlarda baş verir.
Atmosferin süni çirklənmə mənbələri:
Atmosfer üçün daha təhlukəli hesab olunur.Aqreqat halına gorə bütün antropogen mənşəli çirkləndiricilər bərk, maye və qaz şəkilli olmaqla 3 qrupa bolunur.Atmosferə atılan süni çirkləndiricilərin ümumi miqdarinin 90%-i qaz şəkilli çirkləndiricilərin payına düşür.Zərərli maddələrin yaratdıgı problemlər planetin atmosferinə göstərdiyi təsirin miqyasına görə 2 qrupa bölunur.
1.Qlobal problemlər
2.Lokal problemlər
Atmosferin ən böyük qlobal problemlərindən biri istilik elektrik stansiyaları ilə çirklənmədir.Lokal problemlər isə əsasən 3 qrupu əhatə edir:1- tüstü duman toplantısı və ya smoke 2-turş yagışlar 3- səhra quraqlıq hadisəsi
Turş yagışlar atmosferdən kükürd qazının(SO2), azot oksidlərinin(NOx), xlorlu birləşmələrin, karbon qazının(CO2) havadakı suda(rütubətdə)həll olaraq turşulara çevrilməsi nəticəsində əmələ gəlir.Su mühitində yaşayış üçün onun turşulugu(PH) göstəricisi 4.5 dən kiçik olmalıdır
Səhra(quraqlıq)- silsilə daglar arasında düzənlik zonalarda karbon qazının öz agırlıgının təsiri ilə qatılıgın artması nəticəsində yer səthinin temperaturunun artması ilə əlaqədardır.