Zülallar
Zülallar- təbii polimerlər olub, α-aminturşularının polikondensləşmə məhsuludur.Zülallar əsasən 20 müxtəlif α-aminturşu qalığından ibarətdir. Üzvi maddələr arasında mühüm əhəmiyyət kəsb edən və çox mürəkkəb quruluşa malik olan birləşmələrdən biri də zülallardır. Züllallar bitki, heyvan və insan orqanizminin yaranması və inkişafında müstəsna əhəmiyyətə malikdir. Zülallar canlı orqanizmdə müxtəlif funksiyalar daşıyırlar. Onlar dərinin, əzələlərin, müxtəlif orqanların toxumalarının tərkibinə daxildir. Bəzi zülallar bioloji katalizator (fermentlər) xassəsinə malik olub, orqanizmdə gedən bütün kimyəvi proseslərdə iştirak edirlər. Zülallar orqanizmin enerji mənbələrindən biri olmaqla bərabər, orqanizm üçün infeksiyalardan müdafiə rolunu oynayırlar.
Zülalların quruluşları
Zülalların 4 quruluşu var:
İlkin (birinci) quruluş- İlkin quruluş polipeptid zəncirində aminturşu qalıqlarının birləşmə ardıcıllığını göstərir və peptid rabitəsi hesabına yaranır.
İkinci quruluş- Zülal molekulunun ayrı-ayrı hissələri spiral şəklində qıvrılaraq müəyyən fəza forması əldə edir.İkinci quruluş spiralın qonşu buğumlarında yerləşən -CO- və -NH- qrupları arasında hydrogen rabitəsinin əmələ gəlməsi hesabına yaranır.
Üçüncü quruluş- Zülal spiralı fəzada bükülərək əmələ gətirdiyi forma üçüncü quruluş adlanır.Zülalın üçüncü quruluşu spiraldan xaricə yönəlmiş funksional qruplar arasında yaranan disulfid (―S―S―) və duz körpücükləri,həmçinin mürəkkəb efir (-COO-R) və hydrogen rabitələri arasında əməıə gəlir.
Dördüncü quruluş- Bu halda zülal molekulunda bir neçə peptid zənciri fəzada müəyyən qaydada yerləşir.bu quruluş hydrogen və efir rabitələri, efir və disulfid körpüləri hesabına yaranır.
Fiziki xassələri
Bir sıra zülallar kolloid məhlul əmələ gətirməklə suda həll olur.Digərləri duzların duru məhlullarında həll olduğu halda, başqa bir qismi suda tam həll olmur.Zülallar elektrolitdir.
Kimyəvi xassələri
Zülalların xarakterik kimyəvi xassələri onların rəngli reaksiyaları, hidrolizə və denatursiyaya uğramasıdır.Zülalların hidrolizi fermentlərin,turşu və ya qələvi məhlulların təsirindən baş verə bilər.Zülalların hidrolizindən α-aminturşuları alınır.Qələvi və qüvvətli turşuların,etil spirtinin,ağır metalların (Hg,Pb,Fe) duzlarının,radiasiya və temperaturun təsirindən zülalların ikinci və üçüncü quruluşu dağılır.Bu proses denaturasiya adlanır.
Zülalların tərkibinə görə növləri
Zülallar kimyəvi tərkibinə görə sadə və mürəkkəb olmaqla iki yerə bölünür.
Sadə zülallar: Sadə zülallar yalnız bir aromatik halqaya malik olur.
Bəzi Növləri:
1.Benzol-C6H6 ifadə olunan ən sadə və geniş yayılmış hidrokarbondur.Sənayedə solvent kimi istifadə olunur.
2.Toloul (Metilbenzol)- C6H5CH3 formuluna malikdir, yapışdırıcı və boya kimi istifadə olunur.
3.Anilin-C6H5NH2 formuluna malikdir,plastik və dərman sənayesində istifadə olunur.
Mürəkkəb zülallar:Bir və ya bir neçə aromatik halqaya malik olur.
Bəzi növləri:
1.Monoaromatik zülallar- benzol,fenol,toluol və s bunların tərkibinə daxildir.
2.Poliaromatik zülallar-Nafdalin (C10H8) ,Pridin (C5H5N) və s bunların tərkibinə daxildir.
Təyini reaksiyaları
1.Zülallara qələvi mühitdə mis(II)sulfat məhlulu ilə təsir etdikdə məhlul qırmızı-bənövşəyi rəngə boyanır.Bu reaksiya biuret reaksiyası adlanır və zülalda peptid rabitəsinin olmasını sübut edir.
2.Bir sıra zülallara qatı nitrat turşusu ilə təsir etdikdə sarı rəng əmələ gətirir.Bu reaksiya zülal molekulunda benzol halqasının olduğunu göstərir.
3.Zülal məhluluna əvvəlcə qurğuşun(II)asetat,sonra isə natrium-hidroksid əlavə edib qızdırdıqda qara rəngli PbS çöküntüsü alınır.Bu reaksiya zülalda kükürdün olmasını sübut edir.