Neftin əmələ gəlməsi tarixindən
Neftin əmələ gəlməsini düzgün izah etmək üçün aşağıdakı məsələləri aydınlaşdımaq lazımdır:
1) neftin əmələ gəlməsi üçün zəruri olan neft törədici ana maddələrin təbiətini;
2) həmin maddələrin toplanmasının və dəyişməsinin kimyəvi, fiziki, geoloji və s. şəraiti;
3) neft törədici ana maddələrin neftə çevrilməsi üçün ona təsir edən amilləri və bu prosesin davam etməsini;
4)neftin ana süxurlardan – kollektor süxurlara keçməsinə təsir edən amilləri, onun struktur və litoloji “tələlərdə” toplanmasını.
Neftin mənşəyi haqqında üzvi və qeyri üzvi nəzəriyyələr
Neft və qazın mənşəyi problemi bu günə kimi tam aydınlaşdırılmamışdır. Bu problem haqqında müxtəlif tədqiqat və nəzəriyyələr mövcuddur. Bunlar, əsasən, iki qrupa bölünür:
I) neft və təbii qazın əmələ gəlməsi haqqında üzvinəzəriyyələr;
II) neft və təbii qazın əmələ gəlməsi haqqında qeyri-üzvinəzəriyyələr.
Qeyd etmək lazımdır ki, neft və təbii qazın qeyri-üzvi mənşəli olması haqqında aşağıdakı nəzəriyyələr vardır:
1)neft və təbii qazın əmələ gəlməsi haqqında karbid nəzəriyyəsi;
2)neft və təbii qazın əmələ gəlməsi haqqında vulkan nəzəriyyəsi;
3)neft və təbii qazın əmələ gəlməsi haqqında kosmik nəzəriyyə.
Neft və qazın heyvan qalıqlarından əmələ gəlməsi nəzəriyyəsi.
Bu nəzəriyyəyə görə, neft tələf olmuş heyvanların yağlarından əmələ gəlmişdir. Həmin yağlar təzyiq və temperaturun dəyişməsi nəticəsində neftə çevrilmişdir. Bu nəzəriyyəni XIX əsrin 80-cı illərində A.Enqler və H.Hefer irəli sürmüşdülər. Bəzən bu nəzəriyyə Enqler- Hefer nəzəriyyəsi adlanır. Lakin bu nəzəriyyə aşağıda göstərilən səbəblərə görə qəbul edilə bilməz:
1.Neftin heyvan qalıqlarından törəməsi fərziyyəsi yerli xarakter daşıyır. Neftin isə regional surətdə yayıldığı artıq çoxdan mə-lumdur;
2.Balıq yağlarından laboratoriya şəraitində alınmış neftə bənzər maye qeyri-optik fəal maddədir. Lakin təbii neftlərin hamısı optik fəallığa malikdir;
3.Yer qabığında məlum olan neft ehtiyatlarının yaranması üçün heyvan qalıqlarının kifayət edib-etməməsi məsələsi isə hələlik sübut edilməmişdir;
4.Əgər neftlər heyvan qalıqlarından əmələ gəlmişdirsə, deməli onların kimyəvi tərkibi eyni olmalı idi. Halbuki neftlər kimyəvi tərkiblərinə görə çox müxtəlifdir.
Neft və qazın bitki qalıqlarından əmələ gəlməsi nəzəriyyəsi.
Qeyd edildiyi kimi bu nəzəriyyə dünyada ilk dəfə M.V.Lomonosov tərəfindən irəli sürülmüşdür. Lakin göstərmək lazımdır ki, neftin və təbii qazın bitki qalıqlarından əmələ gəlməsi nəzəriyyəsinin tərəfdarları arasında vahid fikir yoxdur.
Daş kömürün bitki qalıqlarından əmələ gəlməsi qəti sübut edilmişdir. Neftin də daş kömür kimi kaustobiolitlərdən ibarət olması məlumdur. Bütün yanar qazıntılar kaustobiolit adlanır (yunanca kaustos – yanar, bios – həyat, litos – daş). De-məli, kaustobiolitlər yanma qabiliyyətinə malik olan üzvi mən-şəli qazıntılardır.
Rus akademiki İ.M.Qubkin bu fərziyyəni tənqid etmişdir:
1. Daş kömürü distillə etdikdə qalıq maddə olaraq koks alın-malıdır. Amma belə koksa heç bir neft yatağında rast gəlinmə-mişdir;
2. Daş kömürü quru distillə etdikdə neftdən fərqlənən daş kö-mür qətranı alınır;
3. Yuxarıda adları çəkilən yerlərdə neftlər daş kömür ilə yalnız coğrafi olaraq birlikdə rast gəlinir.
Neftin bitkilərdən əmələ gəlməsi fərziyyələri.
Su hövzələrində və dənizlərdə müxtəlif makro- və mikrofloranın zənginliyi neftin bitki qalıqlarndan əmələ gəlməsi fərziyyələrinin yaranmasına səbəb olmuşdur. K.P.Kalitskinin fikrincə, dəniz yosunları dənizlərin və duzlu hövzələrin zəngin məhsuludur. Məlumdur ki, neft yataqları da həmin hövzələrin çöküntüləri ilə əlaqədardır. Bəzi tədqiqatçılar hətta neftin quruda bitən bitki qalıqlarından əmələ gəlməsi haqqında fərziyyələr irəli sürmüşlər.
Neftin əmələ gəlməsi haqıında müasir nəzəriyyə.
Akademik İ.M.Qubkin 1930-cu ildə neft və qazın heyvan və bitki qalıqlarından əmələ gəlməsi nəzəriyyəsini irəli sürmüşdür. Bu nəzəriyyə həmçinin müasir nəzəriyyə adlanır.
İ.M.Qubkin neft və onun yataqlarının əmələ gəlməsini mürəkkəb təbii və tarixi proses hesab etməklə belə izah edir. Heyvan və bitki qalıqları su hövzələrində yığım təşkil edir. Çökmə prosesi ilə əlaqədar olaraq həmin yığımlar lilli süxurlarla örtülür və daxili dəyişmələrə məruz qalır. Yığım təşkil etmiş üzvi maddələr iki mərhələ keçirir. Birinci mərhələdə üzvi maddələr çökür və çürüməyə başlayır. Bu proses nəticəsində sapropel adlanan maddə əmələ gəlir. İkinci mərhələdə isə çöküntülərin toplanması ilə onların qalınlığı artır, daxili dəyişikliklər baş verir və nəticədə karbohidrogenlər əmələ gəlir