[email protected] +994 99 303 07 01

Korroziya

Korroziya— Metalların və onların ərintilərinin ətraf mühitin təsirindən dağılmasına korroziya deyilir. Dağılma prosesinin mexanizminə görə korroziyanın kimyəvi və elektrokimyəvi növləri ayırd edilir. Elektrolit və ya su mühitində digər metalla təmasda olan metalın və ya ərintinin dağılmasına elektrokimyəvi korroziya deyilir. Elektrokimyəvi korroziya turş, qələvi və neytral mühitdə gedə bilər. Korroziyanın bu növünə misal olaraq turş mühitdə mislə təmasda olan dəmirin korroziyasını göstərmək olar. Eelektrokimyəvi korroziya zamanı elektronlar daha aktiv metaldan az aktiv metala keçir və nəticədə aktiv metal korroziyaya uğrayır. 

Növləri 

Sənayedə, texnikada və hətta məişətdə istifadə olunan metal və ərintilərin əksəriyyəti aqressiv mühitlərdə (elektrolit məhlullarında yüksək temperaturda, yüksək nəmlilikli atmosfer şəraitində və s.) dayanıqlı olmayıb, metalın təbiətindən asılı olaraq müxtəlif sürətlərlə korroziyaya uğrayırlar. Metalların korroziyası xarici mühitin təsiri altnda onların öz-özünə oksidləşməsi və son nəticədə dağılaraq özünün konstruksiya xassələrini itirməsinə səbəb olan fiziki-kimyəvi prosesdir. Bir çox hallarda korroziya elektrokimyəvi mexanizm üzrə baş verir, yəni metalın elektron itirməklə həll olması (anod prosesi) və oksidləşdiricinin katodda reduksiyası (katod reaksiyası) şəklində gedir. Bəzən bu proses kimyəvi mexanizm üzrə də baş verir. Korroziya prosesi bir çox hallarda müxtəlif xarici təsirlərin nəticəsində güclənə bilər. Böyük mexaniki yükün, yaxud daxili gərginliyin təsiri altında korroziya çatlaması mümkündür; uzun müddətli əyilmə-dartılma nəticəsində korroziya yorğunluğu yarana bilər. Digər sürtünmə maye kavitasiyası (maye zərbələr), sulfar redukiyaedici bakteriyalar (biokorroziya) və s. Kimi faktorlar metalların korroziyasını gücləndirən amillərdir. Elektrik cərəyanının təsiri altında da( suxurlardakı “azmış cərəyan”) korroziya baş verə bilər. Korroziyanı metala təsir edən mühitin növünə görə siniflərə bölmək olar. Elektrolitlərdə və ya qeyri elektrolitlərdə baş verən korroziya proseslərini fərqləndirmək lazımdır. Elektrolitlərdə gedən korroziya olduqca çoxşaxəli və genişdir – atmosferdə su buxarının iştirakı ilə və sulu məhlullarda ( turşu, qələvi, duz məhsulları), həmçinin suda (dəniz və su kəmərləri) nəm torpaqda (yeraltı boru kəmərləri, metropoliten tunellərində və s.) və susuz elektrolit məhlullarında baş verən korroziya prosesləri bu qəbilədəndir. Yüksək temperaturlu qızmış quru qazlarda, üzvi mayelərdə, həmçinin metal ərintilərində gedən korroziya prosesi isə qeyri elektrolitlərdəki korroziyadır. Korroziyanı onun növlərinə görə də siniflərə ayırmaq olar. Bu proses səth boyu bərabər sürətlə gedərsə ona bütöv korroziya, yaxud qeyri-bərabər gedərsə onu yerli (lokal) korroziya adlandırırlar. Korroziyaya uğrayan səthin genişliyindən və yaxud dərinliyindən asılı olaraq lokal korroziyanı ləkələrlə baş verən korroziya yaraları növünə və ya pitting (nöqtəvari) əmələ gətirməklə gedən korroziya növünə aid edirlər. Bir çox hallarda kristallitlərarası korroziyaya rast gəlinir ki, bu da əsasən paslanmayan poladlarda kristal dənəcikləri arasında baş verir. Bəzi hallarda kristallararası korroziya səth boyu çatlamaya da gətirib çıxardır. Nəcib metallar (platin qrupu metalları, qızıl və gümüş) istisna olmaqla bütün metallar korroziyaya uğrayırlar. Korroziya sürətinin miqdarı xarakteristikası kimi müxtəlif parametrlərdən istifadə edirlər : metalın müəyyən müddət ərzindəki kütlə itkisindən ( vahid səthə hesablanmış )elektrik cərəyan sıxlığına ekvivalent olan nümunənin qalınlığının azalmasından və s. Bir çox metallar üçün (onların atom kütləsini və sıxlığını nəzərə almaqla) korroziyanın səth boyu bərabər sürətlə getdiyi halda bu parametrlər öz aralarında göstərilən nisbətdə bir-biri ilə bağlıdırlar: 1q/m2 x il ≈ 1mm/il ≈ 10-4 A/m

Elektrokimyəvi korroziyanın sürətləndirilməsi 

Elektrokimyəvi korroziya aşağıdakı hallarda sürətlənir: Təmasda olan metallar elektrokimyəvi gərginlik sırasında bir-birindən nə qədər uzaqda yerləşərsə; 

Məhlulun turşuluğu və oksidləşdiricilərin qatılığı nə qədər çox olarsa; 

Temperatur yüksək olarsa;

 Korroziyaya uğrayan metalda qatışıqlar çox olarsa.

Korroziyadan mühafizə

Korroziyadan mühafizə üçün aşağıdakı üsullardan istifadə edilir:

 Metalların səthinə qoruyucu örtüklərin çəkilməsi. Mühafizəedici örtüklər metallik (sink, qalay, qurğuşun, nikel, xrom vəs.) və qeyri-metallik (boya, lak, emal, qatran və s.) olur.

Metalın səthindəki qoruyucu örtük təbəqəsi qorunan metaldan passiv olarsa, onda qoruyucu təbəqənin dağıldığı yerdən metalın korroziyası başlayır. Əgər qoruyucu örtük qorunan metaldan aktiv olarsa, onda örtük təbəqəsi müəyyən yerdən dağılsa da üzərini örtdüyü metalı qoruyur. 

Korroziyaya davamlı ərintilərin alınması. Ərintilərin tərkibinə Ni, Co, Cu və Cr əlavə etdikdə (belə proses legirlənmə adlanır) korroziyaya davamlı ərintilər alınır. 

Elektrokimyəvi üsullar. Bu məqsədlə protektor və katod mühafizəsi üsulları tətbiq edilir.

 1. Protektor mühafizəsi zamanı qorunan məmulata daha aktiv metal, məsələn, Mg, Al, Zn pərçim edilir. Bu zaman korroziyaya daha aktiv metal uğrayır. 

2. Katod mühafizəsi zamanı qorunan məmulat sabit cərrəyan mənbəyinin katoduna, mənbəyin anodu isə hər-hansı bir dəmir parçasına birləşdirilir. Sabit cərəyan mənbəyi elektronları anoddan alıb katoda verir və oksidləşdirici katodda reduksiya olunur; dəmir parçası dağılır, məmulat isə qorunur.

Mühitin tərkibinin dəyişdirilməsi. Korroziyanın qarşısını almaq və ya onun sürətini azaltmaq üçün metalın təmasda olduğu mühitə korroziyanı yavaşladan maddə qatılır. Belə maddələr ingibitor adlanır.

 Qeyri-üzvi maddələrdə — nitritlər, xromatlar, fosfatlar və silikatlar, üzvi maddələrdən — amonlər ingibitor kimi istifadə olunur.