[email protected] +994 99 303 07 01

Separatorlar

                                   Separatorlar

 

Neft terminologiyasında istifade olunan separator ifadəsi, neft və qaz quyularından çıxarılan mayeləri qaz və maye olmaqla tərkib hissələrinə ayırmaq üçün təzyiq altında istifadə edilən bir qurğudur. Neft istehsalı üçün separatorlar quyulardan çıxan mayeləri neft qaz və su tərkib hissələrinə ayırmaq üçün istifadə olunur. Ayırıcı qurğu həmçinin neft və qaz separatoru, separator, pilləli (mərhələli) separator, genişlətmə ayırıcısı, yuyucu və s. adlandırıla bilər. Bu ayırıcı qurğular, istehsalat yerlərində və ya platfor-malarda quyular, quyu başlıqları və ya kollektorlara yaxın quraşdırılır quyulardan çıxan mayeləri neft-qaz və ya maye-qaz fazalara ayırmaq üçün istifadə edilir. Neft-qaz separatorları aşağıdakı əsas hissələrdən təşkil edilmişdir:

• İlkin ayırıcı hissə, ikinci ayırıcı hissə, qazda kicik su damcılarını ayırmaq üçün sis ekstraktoru, qaz çıxışı,

neftdə qaz və buxarı ayırmaq üçün çökdürücü hissə, neft çıxışı, su çıxışı (üç fazalı qurğular üçün).

• Quyulardan gələn maye dalğalanmalarını nəzarətdə saxlamaq üçün yetərli həcmi maye tutumu.

• Mayelərin qazdan yaxşı ayrılması üçün yetərli həcm, hündürlük və uzunluq.

• Separatordakı neft səviyyəsini nəzarətdə saxlamaq üçün neft səviyyəsi kontrolleri və separatorun neft çıxışında diafraqmalı avtomatik valv mövcuddur.

• Separatorda mövcud təzyiqi sabit saxlamaq üçün seperatorun qaz çıxışında geri təzyiq valvı mövcuddur.

• Təzyiq azaltma avadanlıqları.



Separatorların iş prinsipi komponentlərin sıxlıqlarının fərqli olmasına əsaslanır. Belə ki, bu fərq

qazların separatorun yuxarı hissəsinə, mayelərin aşağı hissəsinə, neftin isə separatorun orta hissəsində toplanmasına səbəb olur. Qum və digər bənzəri bərk cisimlər də həmçinin separatorun aşağı hissəsinə çökür.

Separatorların müxtəlif təsnifatları mövcuddur:

Konfiqurasiyasina görə neft və qaz separatorlarının 3 əsas növü mövcuddur.

·       Vertikal

·       Horizontal

·       Sferik separatorlar