Cərəyanlar rezonansı nədir?
•
Elektrik dövrələrinin rejimləri üçün “rezonans”
sözü rəqslər nəzəriyyəsindən götürülüb. Rezonans müxtəlif sistemlərdə, yəni, həm
mexaniki, həm də elektrik sistemlərində baş verə bilər.Mexaniki sistemlərdə məcburi
rəqslərin tezliyi, sərbəst rəqslərin tezliyi ilə
üst–üstə düşməsi rezonans adlanır. Bu zaman rəqslərin
intensivliyinin amplitudası maksimum həddə çatır. L və C–nin qoşulduğu dövrələrdə rezonans
kriteriyası kimi gərginlik və cərəyanın girişdə fazaca üst–üstə düşməsi
adlanır. Elektrik dövrələrində
L və C–nin birləşmə formasından asılı olaraq baş verəcək rezonans
hadisələri, gərginliklər və cərəyanlar rezonansına ayrılır.
Elektrik dövrələrində
rezonans
·
Elektrik dövrələrində rezonans dedikdə, induktiv
sarğacdan və kondensatordan ibarət olan passiv dövrənin elə bir rejimi başa
düşülür ki, həmin rejimdə dövrənin giriş reaktiv müqaviməti və ya reaktiv
keçiriciliyi sıfıra bərabər olur.
Rezonans Fenomeni
• Rezonans
fenomeni həm müsbət, həm də mənfi ola bilər. Məsələn, hər hansı bir radio qəbul
edicisinin, induktivliyini və ya tutumumunu dəyişdirərək istənilən radio
dalğasına tənzimlənmiş rəqs konturuna qura bilərik. Digər tərəfdən, rezonans
hadisəsi dövrədə gərginliyin və ya cərəyanın sıçrayışlarına gətirib
çıxara bilər ki, buda öz növbəsində qəzaya gətirir.
Cərəyanlar rezonansı zamanı
baş verən hallar.
•
Cərəyanlar rezonansı zamanı dövrədən
keçən ümumi cərəyan ayrı-ayrı paralel birləşmiş qollardan keçən cərəyanlardan
çox-çox az olur;
•
Cərəyanlar rezonansı zamanı
paralel budaqların kompleks cərəyanlarının reaktiv hissələri bir birinə bərabər
olduğundan, həmin budaqlardakı reaktiv güclər də qiymətcə bir-birinə bərabər,
işarəcə isə bir-birinin əksinə olur;
•
Baxılan dövrədə cərəyanlar
rezonansı zamanı dövrənin giriş müqaviməti artır;
•
Kəmiyyətlərindən yalnız
birini dəyişməklə digər dörd kəmiyyət üçün heç də həmiş rezonans halı əldə etmək
mümkün olmur;
•
Rezonans şərtinə əsasən qiyməti dəyişdirilən
kəmiyyətin təyin olunması zamanı o, xəyali və ya kompleks qiymət alarsa, onda
belə dövrədə rezonans hadisəsi baş vermir;